Hadisə 

Masallıda faciəvi hadisə: Ölən və yaralananlar var

Masallı rayonunda ağır yol qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, ötən gün axşam saatlarında Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsindən keçən hissəsində “Mercedes” markalı, 10 MT 517 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb. Hadisə nəticəsində sürücü və 3 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Yaralılardan 36 yaşlı Ramal Həsənov tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.publika.az

Daha çox xəbərlər