Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan parlamentinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.
