Hadisə 

Cəlilabadda qəza: Xəsarət alanlar var

Cəlilabad rayonunda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı VAZ-2107 və “Mercedes-Benz” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1966-ci il təvəllüdlü Ə.Süleymanov, 1985-ci il təvəllüdlü A.Mənsimov, 2007-ci il təvəllüdlü D.Mənsimova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər