Cəmiyyət 

CASPİAN PLAZADA “MÜƏLLİM AUDİTORİYADA” ADLI SEMİNAR TƏŞKİL EDİLDİ.

“Arantv.az”-ın verdiyi məlumata görə,18.01.2024 -cü il tarixində “Academy Of Education And Business”-in təşkilatçılığı ilə Caspian plazada “Müəllim auditoriyada” adlı seminar təşkil olundu.

Seminarda “Academy Of Education And Business”-in rəhbəri Ülkər Bağırova, “Aran Media Group”-un nümayəndələri Nərmin Quliyeva,Toğrul Ələkbərov İlahə Quliyeva,müəllimlər,tələbələr və b. iştirak etmişdilər.

Seminarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi,daha sonra Vətən müharibəsi şəhidlərininin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İlk olaraq söz “Academy Of Education And Business” təşkilatının rəhbəri Ülkər Bağırova verildi.Ülkər Bağırovanın  qonaqları salamlamasının ardından seminarı açıq elan olundu.

Seminarda təlimçi “Aran Media Group”-un meneceri,”Min İl Tədris Mərkəzi”-nin rəhbəri,müəllim Nərmin Polad qızı Quliyeva çıxış etdi.

Birinci hissədə təlimçi “Nitqimizlə auditoriyanı necə cəlb edək?” mövzusunda çıxış etdi,həmçinin seminar zamanı maraqlı obrazların yaradılması dinləyicinin böyük marağına səbəb oldu.Seminarın ikinci hissəsində isə “Müəllimin auditoriyada rolu” haqqında danışıldı.Təlimdə izləyicilərintəlimçi ilə maraqlı dialoqu böyük rəğbətlə qarşılandı.

Seminarın sonunda təlimçiAcademy of education and business tərəfindən”Fəal müəllim”nominasiyası ,iştirakçılar da sertifikatla təltif olundu.Həmçinin “Academy of education and business”-in rəhbəri Ülkər Bağırova “Aran Media Group” tərəfindən il ərzində göstərdiyi fəal xidmətə görə təltof olundu.Son olaraq  tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

 

Aran Media Group

Daha çox xəbərlər