Dünya 

Hər kəs bu ailədəki dəhşətdən danışır- 18 yaşına çatan hamı ölür

Ailənin əksər üzvü 17 yaşına çatan kimi dünyasını dəyişir.

ARANTV.AZ  xəbər verir ki, Türkiyənin Şanlıurfa bölgəsində yaşayan bir ailədə dəhşətli hadisə baş verir. Belə ki, ailədə 17 yaşına çatan gənclər bilinməyən səbəbdən vəfat edir.

Koyuncu ailəsində 38 ildə 13 gənc şəxs dünyasını dəyişib. Əvvəlcə bu yaşa çatmış gənclərin birdən-birə halı pisləşir və onlar yatağa düşür. Birdaha ayağa qalxa bilməyən həmiin şəxslər qısa müddətdə ölürlər.

Həkimlər isə ailə üzvlərinə heç bir dioqnoz qoya bilmirlər. Artıq evin kiçik uşaqları dəhşətli hadisədən psixoloji sarsıntı keçirərək öləcəklərini düşünürlər. 17 yaşlarından başlayaraq öləcəkləri qorxusuyla yaşayan gənclər bu səbəbdən evlənmirlər.

Evin 13 yaşlı şəxsi Bilal, 40 gün əvvəl qardaşı öldüyü üçün qorxu içindədir:

“Çox qorxuram. Qardaşlarım 17,18 yaşlarına çatanda ölürlər. Məndə onların yaşına çatanda öləcəm. Səhiyyə Nazirinə səslənirəm bizə bir çarə tapsınlar”.

Ailə başçısı eyni səbəbdən 4 oğlu, 3 qızını itirdiyini bildirib:

“Belə bir şey eşitmədik. İstanbula qədər getdim. 2 övladım da İstanbulda öldülər. Çarəsiz qalmışıq”.

Hər kəs bu ailədəki dəhşətdən danışır- 18 yaşına çatan hamı ölür

Hər kəs bu ailədəki dəhşətdən danışır- 18 yaşına çatan hamı ölür

Hər kəs bu ailədəki dəhşətdən danışır- 18 yaşına çatan hamı ölür

big.az

Daha çox xəbərlər