Gündəm 

Münxen Təhlükəsizlik Konfransı: Azərbaycanın qlobal və regional təhlükəsizlik məsələlərində rolu artır

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən 20-dən çox  görüş dünyanın diqqət mərkəzində oldu. Şübhəsiz, dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, özəl sektorun nümayəndələrinin iştirarkı ilə keçirilən görüşlərin intensivliyini Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin göstəricisi kimi dəyərləndimək olar. Özü də həmin görüşlər qarşı tərəflərin müraciətlərinə əsas baş tutdu.  
Qeyd edək ki, Azərbaycan müntəzəm şəkildə bu platformaya Prezident İlham Əliyevin şəxsində dəvət alır. Dövlətimizin başçısı da qlobal və regional təhlükəsizlik məsələləri ilə əlaqədar öz dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşür. Bu dəfəki görüşlər daha möhtəşəm oldu. Belə ki, 7 fevral seçkilərində 92,12 faiz səslə qazandığı qələbə fonunda  konfransda  iştirak edən Prezidenti İlham Əliyev ilə ABŞ-ın Dövlət katibi Antoni Blinken, ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani,  ABŞ Prezidentinin qlobal infrastruktur və ener¬ji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn, Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir arasında və digər şəxslərlə keçirilən görüş¬lərdə ölkəmizin bu günü daha geniş geniş şəkildə dünyaya çatdırıldı. İstər dövlət rəsmiləri, istərsə də qlobal iqtisadi güc subyektləri kimi tanınan özəl sektor nümayəndələri ilə görüşlərdə daha çox müstəqil, suveren Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlı olduqlarını dilə gətirdilər. Şübhəsiz, bu, hər şeydən əvvəl dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı Lider, qalib Sərkərdə kimi yazılan Prezident İlham Əliyevin mükəmməl siyasətinin nəticəsində öz müstəqilliyini bərpa edən və 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirindən sonra suverenliyinə qovuşan, zirvələrə yüksələn, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın  təntənəsi idi. Bu fakt həm də  ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını, əgər belə demək mümkünsə, qlobal oyunçuya çevrilməsini göstərir. Prezident İlham Əliyevin də inaqurasiya mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul edilir.

Bəli, Azərbaycan dünya miqyasında düşünülmüş siyasət həyata keçirir və dünyanın tanınmış simaları  siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı  BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə Qoşulmama Hərəkatına sədr seçilməzdi. Ötən ilin sonlarında Azərbaycana daha bir etmad göstərilib. Belə ki, dünya birliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un indiyə qədər bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, bu sahədə kifayət qədər təcrübə toplamış  Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Şübhəsiz, rəsmi Bakının həmin tədbirə ev sahibliyinin dünya ölkələri tərəfindən dəstəklənməsi Azərbaycanın effektiv, çoxtərəfli danışıqlar aparmasının, dünyanın ayrı-ayrı regionlarındakı fərqli baxışları bir araya gətirməsinin, qlobal problemlərin həllinə töhfə verməsinin, bir sözlə,  güclü potensiala malik olmasının nəticəsidir. Bəli, Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa və digər regionlarla geniş əlaqələri olan  ölkəmiz bu gün belə inam və etimad sahibidir. Bütün bunlar  Azərbaycanın qlobal səviyyədə öz siyasətini həyata keçirməyi bacaran etibarlı tərəfdaş imicini qazanmasından, müstəqil dövlət kimi dünya xəritəsində öz layiqli yerini tutmasından, ölkəmizin xarici siyasətinin artıq qlobal xarakter daşıdığıdan xəbər verir.
İllər uzunu Azərbaycanın bu potensialını ortaya qoymasına Ermənistan-Azərbaycan münaqişəsi mane olurdu. Artıq  dünya ölkəlı  ilə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, təmaslarını gücləndirmək üçün Ermənistan və Qarabağ problemi də yoxdur. Belə ki, Azərbaycan təkbaşına Qarabağ yarasını birdəfəlik  kəsib atıb, ərazilərini separatçılardan təmizləyib, Xankəndidəki hərbi xuntanın ömrünə son verib. Biz bu  gün artıq 30 il düşmən tapdağı altında olan, haylar tərəfindən xarabalıqlara çevrilmiş, hazırda geniş abadlıq-quruculuq işləri aparılan Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Bu gün Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması məqədilə bütün imkanlarını ortaya qoyub.  Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesi isə artıq qlobal məsələ deyil, ikitərəfli xarakter daşıyır. Yeri gəlmişkən Prezident İlham Əliyev Münxendən bütün dün-yaya Azərbaycanın Cənubi Qafqazda şəriksiz geosiyasi iradə sahibi olduğunu bəyan etdi. O, həmçinin rəsmi Bakının Ermənistanla münasibətlərə əhəmiyyət vermədiyini vurğulamaqla yanaşı, Fransa kimi araqarışdıran ölkələrin bölgəyə “nəfəsliy”ini bağladı. Hətta sülhü, yoxsa savaşı seçməyi Ermənistanın öz öhdəsinə buraxdı. Bununla da Cənubi Qafqazda yeni reallıqlar fonunda tamamilə yeni dövrün başlandığını, Azərbaycanın siyasi iradəsinə kənardan heç bir qüvvənin təsir göstərə bilməyəcəyini  bildirdi. Həmin görüşlərin iştirakçıları isə bu kimi məsələlərdə ölkəmizi dəstəkləyəcəklərini bəyan etdilər.

Daha çox xəbərlər