Region Xəbərləri Təhsil 

7 nömrəli tam orta məktəbdə 26 fevral Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi.

Bərdə şəhər F.M.Muradov adına 7 nömrəli tam orta məktəbdə 26 Fevral-Xocalı faciəsinin32 il dönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları öncə məktəbin foyesində təşkil edilən şagirdlərin əl işlərindən ibarət “Xocalı – əsrin faciəsi“ adlı rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocalı facıəsinin yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğu qeyd olunub. Xocalı faciəsinə ilk siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyi və məhz onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevral – Xocalı soyqırımı və Milli Matəm Günü elan olunduğu diqqətə çatdırılıb. Bu gün Azərbaycan hakimiyyəti tərəfindən Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl işlərin davam etdirildiyi bildirilib.

Daha çox xəbərlər