Onların məqsədi oruc deyil, arıqlamaqdır – “TəzəPir” məscidinin imamı
“Oruc tutmaq niyyət edərək Allaha xatir tutulur.”
Bu fikri Qafqaz Müsəlmanları İdarəsinin “TəzəPir” məscidinin imamı, islamşünas Hacı Ağasəid Yaqubov “İki sahil”ə müsahibəsində “arıqlamaq üçün oruc tutmaq nə dərəcədə doğrudur” sualılnı cavablandırarkən deyib.

A.Yaqubov bildirib ki, arıqlamaq üçün insanlar bəzi vaxtlarda pəhriz saxlayırlar: “Onların həmin əməllərinə Allah tərəfindən bir mükafatları yoxdur. İnsan pəhriz edə bilər. Pəhriz saxlamaq şəriətdə də var. İnsan çox yeməməlidir, qidasına nəzər salmalı, düzən verməlidir. Əgər bir insan sübh azanından əvvəl yesə, şam azanından sonra yesə həmin gün onun məqsədi oruc tutmağa hörmət etməkdir. Əgər əməli, niyyəti sağlamdırsa tutduğu oruc qəbul olunur, İnşallah Allah da onu qəbul edər. Əgər bir insan vaxta riayət etməsə bilin ki, onun əməli oruc deyil, arıqlamaq məqsədi daşıyır.”

