Dünya 

3 dəfə həbsdən qaçan şəxsin qaçış yolları eşidənləri ŞOK ETDİ – Foto

3 dəfə həbsdən qaçan cinayətkarın qaçış üsulları eşidənləri heyrətləndirir.

ARANTV.AZ  xəbər verir ki, Riçard Mcnair adlı cinayətkar həbsxanada cəzasını çəkən zamn qaçmağa nail olub. Onun birinci dəfə həbsdən qaçmasına otaqda tapdığı krem kömək olub. Belə ki, dodaq nəmləndirici kremi biləklərinə çəkərək sürüşkən edib və qolundakı qandallardan xilas olaraq 3 polisin əlindən qurtulmağı bacarıb.

Yenidən həbs edilən Mcnairin ikinci dəfə qaçış planı da maraqlı olub. Bu dəfə o həbsxananın havalandırma borularını istifadə edərək qaçmağı bacarıb. O, 10 ay sonra yenidən yaxalanıb və bu dəfə mühafizə tədbirləri gücləndirilmiş həbsxanada saxlanmağa başlayıb.

Bu həbsanada poçt çantalarını təmir etmə işində çalışan cinayətkar bu dəfə də aradan çıxmağı bacarıb. Belə ki, böyük bir poçt çantasının içinə girən Ncnair, çantaları almağa gələn maşın tərəfindən azadlığa çıxa bilib.

3-cü dəfə tapılaraq həbs ediləndən sonra isə o birdaha qaça bilməyib və cəzasını çəkməyə davam edir.

3 dəfə həbsdən qaçan şəxsin qaçış yolları eşidənləri ŞOK ETDİ - Foto

big.az

Daha çox xəbərlər