Bu Avropa ölkəsində havanın temperaturu 45 dərəcəni ötdü
Fransanın cənubunda Qallarq-le-Montyue şəhərində (Qar departamenti) havanın temperaturu cümə günü 45,9° isti olub. Bu barədə ölkənin meteoroloji xidməti məlumat yayıb.
ARANTV.AZ xəbər verir ki, bu, sutka ərzində temperaturda üçüncü maksimum göstəricidir.
Bundan əvvəl “France Presse” agentliyi Vilvyey şəhərində 45,1° isti olduğunu yazıb, daha öncə isə Karpantra şəhərində temperaturun 44,3° isti olduğu bildirilib. Bu cür istilər 2003-cü il avqustun 12-də elə Fransanın cənubunda qeydə alınıb.AZƏRTAC

