Ramazan ayında oruc tutan şəxs qan verə bilərmi? – İlahiyyatçı cavablandırır
Məlum olduğu kimi, martın 11-dən dünya müsəlmanlarının müqəddəs ayı olan Ramazan başlayıb. Ramazan ayında müəyyən məqamları bilmək vacibdir.
“İki sahil”ə ünvanlanan “Ramazan ayında oruc tutan şəxs qan verə bilərmi” sualına cavab almaq üçün ilahiyyatçı Ağa Hacıbəyliyə müraciət etdik.

Ağa Hacıbəyli məlumat verdi ki, Ramazan ayında qan verməklə bağlı qaynaqlarımızda kifayət qədər fərqli fikirlər var: “Oruc tutmaq təkcə ibadət deyil, orucun insan orqanizminə də çox böyük faydaları var. Çünki insan oruc tutduğu zaman məlumdur ki, onun qanı 10-12 saatdan sonra təmizlənir. Orqanizm o qədər təmizlənmə yolunda irəliləyir ki, hətta damarında qan paklaşır. Ancaq qanvermə ilə bağlı ixtilaf nədən ibarətdir? Çünki insan ac qalır, tutlan oruca bir zədə ola bilər. Orqanizm zəifləyib gücdən düşə bilər. Buna görə də ramazan ayında qan vermək uyğun görünmür. Tibbi müayinə üçün qan verilə bilər. Ramazan ayında oruc tutan şəxsin qan verməməsi daha uyğundur.”

