Şou biznes 

Əbu-Dabiyə uçan Xatirə İslam: “Səhərə qədər gözümü yummamışam” – VİDEO

Müğənni Xatirə İslam ailəsi ilə Birləşmiş Ərəb Əmirliyinə tətilə gedib.

ARANTV.AZ xəbər verir ki, Əbu-Dabidə dincələn sənətçi fotolarını “Instagram”da paylaşıb. O, həyat yoldaşı Fəxrəddin Musazadə və oğlu Emillə dincəldiyini bildirib.

Xatirə, eyni zamanda, təyyarə qorxusunun olduğunu vurğulayıb:

“İlk dəfədir, Əbu-Dabidəyəm. Səhərə qədər gözümü yummamışam. Mənim təyyarə fobiyam var idi. Bu axşam daha çox oldu. Şükür, yaxşı gəldik çatdıq”.

Sənətçi çamadanının təyyarədə sındırıldığı görüntüləri paylaşıb.

 

Daha çox xəbərlər