Cəmiyyət 

Açıq havada çox vaxt keçirin, havaya uyğun geyinin

Soyuq qışdan sonra səbirsizliklə gözlədiyimiz bahar fəsli gəldi. Artıq qışın qalın paltarlarını dolablara yerləşdirib yaz geyiminə keçirik.  Amma isti mövsümün gəlişi ilə bəzi xroniki xəstəliklər kəskinləşir, soyuqdəymə halları da tez-tez olur.

Havaların istiliyinin artması ilə əlaqədar olaraq hamı hava şəraitinə uyğun geyinmir. Eyni zamanda, istilərin başlaması ilə yoluxucu xəstəliklərin patogenlərinin sağ qalma dərəcəsi dəfələrlə artır və tənəffüs orqanlarının xəstəliklərinə səbəb olur.

Tənəffüs allergiyası və bronxial astmaya səbəb olan çiçəklərin və bitkilərin çiçəkləmə vaxtı gəlir. Bu xəstəliklərdən əziyyət çəkən xəstələr bunun qarşısını almaq üçün bu dövrdə diqqətli olmalıdırlar.

Bu dövrdə mədə-bağırsaq traktının xəstəliklərini də unutmayın: qastrit, mədə xorası və bağırsaq xəstəlikləri. Bu xəstəliklərin kəskinləşməsi tezliyinə yaz və payız aylarında daha çox rast gəlinir. Bəs, görəsən niyə bu xəstəliyin alovlanması yazda baş verir? Qışda insan orqanizmi həddindən artıq stressə məruz qalır, zəruri mikroelementlərin və vitaminlərin çatışmazlığı baş verir, pəhriz pozulur, həyat tərzi zəifləyir.

Kifayət qədər Günəş işığının olmaması səbəbindən insanın psixi sağlamlığı da pisləşə bilər və depressiya yarana bilər. Yaz aylarında xroniki xəstəliklərin kəskinləşməsinin qarşısını almaq, psixi və fiziki sağlamlığınızı qorumaq üçün nə etmək lazımdır?

Müstəxəssislər hesab edir ki, yaz aylarında açıq havada daha çox vaxt keçirmək, havaya uyğun geyinmək vacibdir. Eyni zamanda düzgün qidalanmaya da diqqət edilməlidir. Bu zaman balansı qorumaq, kifayət qədər lif və vitamin tərkibli qidalar qəbul etmək məsləhətdir. Yaxşı yuxu gücünüzü bərpa etməyə kömək edəcək. Bu sadə qaydalara riayət etmək xəstəlikləri minimuma endirməyə və ya qarşısını almağa kömək edəcək.

Daha çox xəbərlər