YAP Bərdə rayon təşkilatının kollektivi Ramazan bayramı öncəsi şəhid və qazi ailələrində olmuşlar.
YAP Bərdə rayon təşkilatının kollektivi Ramazan bayramı münasibətilə “Vətənə xidmət” ordenli şəhid Asif Abışovun və Vətən müharibəsi əlili, qəhrəmanlığı ölkə Prezidentinin sərəncamı ilə iki medala layiq görülmüş Məmmədov Namiq Zaur oğlunun ailələrində olmuşlar. Şəhid Asif Abışovun əkiz qardaşı Arif öz oğluna şəhid Asifin adını qoyub. Həmin gün həm də balaca Asifin ad günü idi. Görüş zamanı şəhid anası, Vətən müharibəsindən sonra YAP-a üzv olmuş İsbət Hətəmova dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıdan minnətdarlığını ifadə etmişdir.
Daha sonra kollektiv Vətən müharibəsi əlili Məmmədov Namiq Zaur oğlunun ailəsində olmuşlar. Namiqin anası Məmmədova Nuranə Şakir qızı Ağdam rayonu Ermənistan tərəfindən işğal olunanda Bərdəyə pənah gətirib. Bərdədə məskunlaşıb, özünün də dediyi kimi, kiçik bir komada. Namiq bu komada böyüyüb. 7 il bundan öncə Namiqin atası Zaur rəhmətə gedib. Əslində bu kiçik komada məcburi köçkün kimi uşaq qayğısızlığını yaşamadan böyük dərd, problemlər, çətinliklər… yaşayıblar Namiqgil. Və bu kiçik komada Namiq ürəyində düşmənə nifrətlə bərabər döğma Vətənə elə böyük sevgi ilə böyüyüb ki, Vətən müharibəsi zamanı ön xətdə döyüşlərə atılanda bu nifrət və sevgi yanar od, alov kimi düşmənə ağır zərbələr endirən böyük qəhrəmanlıqlara, igidliklərə çevrilib. Namiq yaralanıb müharibədə, gözünün biri görmür, boynyndan güllə dəyib… əlilliyin 3-cü qrupunu alır… həyatın yeni çətinlikləri ilə üz-üzədir… Amma böyük ümidlərlə yaşayır. Namiq Məmmədov müharibədəki igidliklərinə görə Müzəffər Lider, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb. Görüş zamanı Namiq öz döyüş yolundan danışmış, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdar olduqlarını bildirmişdir.
Şəhid və qazı ailələri ilə görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Azərbaycanımızi Qarabağla bütovləsdirməyi bacaran Müzəffər Lider İlham Əliyev və qalib Ordumuzla fəxr etdiklərini bildirmişdir.
Təşkilatın kollektivi ailələrın çətinlikləri ilə maraqlanmış, müəyyən maddi və mənəvi dəstək olmağa çalışmışlar.







