Cəmiyyət 

Oruc tutmaq fitrə zəkatı verməklə tamamlanır – İlahiyyatçı/ÖZƏL

“Zəkat İslamın üçüncü rüknüdür və ən vacib ibadətlərdən biridir. Çünki zəkat ehtiyacı olanlara yardımın, zəngin və fəqirlər arasında isə sevgi və sayğının nümunəsidir. Zəkat malın artması və bərəkətli olması, habelə mal sahibinin öz nəfsini islah edərək təmizləməsi üçün bir vasitədir.”
Bu barədə Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov “İki sahil”ə müsahibəsində ətraflı bəhs edib.

Hacı Gülağa İsmayılov bildirib ki, zəkat lüğətdə “təmizlik”, “artmaq”, “mədh etmək”, “bərəkət”, “yaxşı və düzgün olmaq” mənalarına gəlir: “İstilahi mənası isə Allahın əmrinə uyğun olaraq müəyyən malların bir hissəsini bəlli vaxtlarda heç bir mənfəət güdmədən, yəni sırf Allah rizası üçün yenə Onun əmr etdiyi yerlərə vermək deməkdir. Göründüyü kimi, zəkatın həm lüğəvi, həm də istilahi mənaları arasında əlaqə vardır. Çünki zəkat, zəkat verənlərin ruhunun təmizlənməsinə, malının bərəkətlənib çoxalmasına səbəb olur. Fitrə zəkatı isə imamların dilindən bu cür qiymətləndirilib: “Hər bir şeyin zəkatı olduğu kimi, insanın bədəninin zəkatı da orucluq qurtardıqdan sonra fitrə verməklədir. Bu mənada, insan oruc tutub zəkat vermək iqtidarında olduğu halda fitrə zəkatı verməzsə, orucu qəbul olunmaz. İmam Sadiq (ə) buyurur ki, həqiqətən, oruc tutmaq fitrə zəkatı verməklə tamamlanır. Kim qəsdən zəkat verməyi tərk edərsə, oruc tutmayan şəxs kimidir. Fitrə zəkatı verən şəxs 1 illik özünü bəlalardan sığortalamış olur.”

Daha çox xəbərlər