Su həyat mənbəyidir
Su problemi və onun həlli müasir dövrümüzün ən aktual məsələlərindən biridir. Bu yöndə dövlətimiz tərəfindən lazımi tədbirlər görülməkdədir.
Çayların axımını tənzimləmək, əhalinin ,sənaye və kənd təsərrüfatını su təchizatını yaxşılaşdırmaq üçün çayların üzərində su anbarları tikilir. Quraq ərazilərin su ilə təmin olunması üçün su anbarlarından suvarma kanalları da çəkilir.
1958-ci ildə inşa olunan Yuxarı Şirvan kanalı da bu kanallardandır. Mingəçevir su anbarından başlayan kanal Ağsu çayına qədər Şirvan düzünün 127 min ha sahənsii suvarır.
Uzun illər fəaliyyət göstərdiyi üçün kanalın müəyyən bir hissəsi sıradan çıxmışdır, bu da sızıntılara şoranlaşmaya gətirib çıxarmışdır.
Ekoloji problemlərin qarşısını almaq üçün bu kanal yenidən qurulacaq. Bunun üçün müyyən layihələr artıq hazırlanıb, belə ki kanalın uzunluğu iki dəfə artırılacaq, əkin sahələri indikindən iki dəfə çox suvarılacaq. Əvvəllər kanalın suyundan 8 rayon faydalana bilirdisə indi bu say 10 olacaq. Bu da kənd təsərrüfatının ,əkinçiliyin xeyli genişlənməsinə səbəb olacaq. Yeni layihə 230 min ha əkin sahəsini əhatə edəcək.
Azərbaycanda keçirilən infrastruktur layihələrin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, xüsusilə bölgələrimizdə insanların rifahını yüksəltmək, məşğuliyyətini təmin etməkdir.
Kanalların əksəriyyətində beton örtük yoxdur. Bu da yeraltı suların səviyyəsinin qalxmasına, şoranlıqların yaranmasına səbəb olur. Bu problemi həll etmək üçün kanallara beton örtük vurulmalı, kollektor drenaj yaradılmalıdır. Yeni layihəsi hazırlanmış olacaq Yuxarı Şirvan kanalı ən böyük kollektor sistemidir və bu hallar ortadan qalxacaq.
Ortadan qalxacaq digər bir problem də, suyu tamamilə quru olan Hacıqabul gölünün su ilə təmin olunması olacaq. Son zamanlar üzləşdiyimiz iqlim dəyişiklikləri ilə əlaqədar olaraq quraqlıq artır, yağıntıların miqdarı azalır çaylarımızın səviyyəsi aşağı düşür. Bəzi hallarda çaylar tamamilə quruyur. Belə bir halda su ehtiyatlarımızdan səmərəli istifadə etmək başlıca vəzifələrimizdən biridir. Bu istiqamətdə bir çox layihələr də mübət həllini tapmışdır. Taxta körpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Həmçinin Şəmkirçay su anbarının tikintisi də buna misal ola bilər. Təbiətimizdə su qıtlığını nəzərə alsaq bu tədbirlərin nə qədər əhəmiyyətli olduğunu anlaya bilərik. Qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək. Artıq bir neçə su anbarının inşasına start verilib. Bir neçə ildən sonra ən az 500 000 hektardan çox torpağa su veriləcəkdir.
Su təchizatında görüləcək digər işlərdən biri də, işğaldan azad olunan torpaqlarımızın su ilə təchizatını yaxşılaşdırılması olacaqdır. Deyə bilərik ki, biz artıq öz su mənbələrimizə sahib olmuşuq. Ağdam rayonunda xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonunda yeni su anbarının açılışı olacaq, elecə də Həkəriçay və Bərgüşadçay su anbarlarının inşası nəzərdə tutulur. Yeni əkin sahələri yaradılacaq, yaradılan yeni əkin yerləri su ilə təmin olunacaq. Qarabağda görüləcək işlərin, layihələrin dünyada misli bərabəri yoxdur. Görülmüş və inşası nəzərdə tutulan bütün bu layihələr dövlətimizin gücünü, hökumətimizin iradəsinin göstəricisidir. Bununla işğaldan azad olunan torpaqlarımız dirçələcək, sənaye, kənd təsərüfatı və digər sahələrdə irəlləyişlər öz əksini tapacaq.
Sevinc Mustafabəyli – Şorəlli kənd tam orta məktəbin coğrafiya müəllimi

