Bərdə Peşə Liseyində “Açıq qapı” günü keçirilib VİDEO
“Açıq qapı” tədbirində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsinin, Bərdə rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin, Qarabağ Regional Turizm İdarəsinin, Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin Bərdə rayon laboratoriya mərkəzinin, Bərdə rayonu üzrə Gənclər və İdman Sektorunun, Bərdə rayon ASAN Xidmət Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin və digər dövlət qurumlarının nümayəndələri, Bərdə və ətraf bölgələrin ümumtəhsil məktəb şagirdləri, peşə koordinatorları, valideynlər, işəgötürənlər və rayon ictimaiyyəti iştirak edib. Acıq qapı tədbirində ümumilikdə 1200-ə yaxın şəxs müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər, liseyin fəaliyyəti və maddi-texniki bazası ilə yaxından tanış olublar. Qeyd edək ki, lisey Bərdə və ətraf regionlardan olan 1200 tələbəyə 8 peşə sahəsi üzrə 40-a qədər ixtisas üzrə təhsil imkanı yaradır.

