Gündəm 

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır – SƏBƏB

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üçün (COP29) qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.

“Report” xəbər verir ki, bu barədə yaxın zamanlarda elanın edilməsi gözlənilir.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya Stadionunda baş tutacaq.

Daha çox xəbərlər