Cəmiyyət 

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir

Proqnoz günlərində (13-19 may) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 95%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 75% təşkil edir.

ARANTV.AZ xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat paylaşıb.

Məlumatda bildirilib ki, enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 10-12 may tarixlərində 3664 oblastındakı alışmalara bağlı olaraq  S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin ardıcıl baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə mayın 14-dən sonra sürətinin azalacağı gözlənilir. Əlavə olaraq Yüksəksürətli Tac Dəliyi Axınlarının (YTDA) təsiri  də olacaq.

Geomaqnit sahəsinin gözlənilən TKA  və əlavə olaraq YTDA-nın təsiri nəticəsində bu gün güclü (G3), sabah isə zəif (G1)  geomaqnit qasırğası gözlənilir.

Daha çox xəbərlər