Çilinin paytaxtı Santyaqo yaxınlığında atışma olub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, insident oyun zalında baş verib. Məlumata görə, naməlum şəxs zala daxil olaraq oradakılara atəş açıb. Həmin şəxsin azı 42 atış etdiyi qeyd edilir.
Bildirilir ki, 5 nəfər odlu silahdan açılan atəş nəticəsində həlak olub.
Atəş açan şəxsin tapılması üçün polislər səfərbər edilib.
