Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək?

By Vüsal Rafiqoğlu
19.05.2024 3 Min Read

Artıq neçə müddətdir ki, köhnə, ekoloji cəhətdən zərərli sayılan avtomobillərə sahib olanlar səksəkədədirlər. Kimisi avtomobillərinin məcburi şəkildə əlindən alınacağını düşünür, kimisi icbari utilizasiyadan danışır. “Kasıbın maşını olmayacaq” deyənlər də az deyil.

Ötən həftə isə mətbuatda köhnə nəqliyyat vasitələrinin dövriyyələrinin məhdudlaşdırılması üçün təkliflərin hazırlanacağı ilə bağlı xəbərlər yayılıb. Belə ki, təkliflər Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması məqsədi daşıyacaq. Layihə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Maraqlıdır, təkliflər necə hazırlanacaq? Köhnə avtomobil sahiblərinə güzəştlər nəzərdə tutulacaqmı? Yoxsa, həqiqətən kasıbın avtomobili olmayacaq?

ARANTV.AZ xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Vətəndaşın marağı nəzərə alınmalıdır”

Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib ki, hazırda könüllü şəkildə köhnə nəqliyyat vasitələrinin utilizasiya prosesinə start verilib:

“Yəni, kim istəsə, işlək, yararsız, yaxud qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsini təhvil verə biləcək və ödənişini alacaq. Qiymətlər isə standartdır. Hazırda ölkəyə gətirilən yeni və texniki baxışdan keçən nəqliyyat vasitələrindən əlavə rüsumlar alınır və fond formalaşır. Bir müddət sonra isə utilizasiya prosesi başlayacaq”.

Mütəxəssis qeyd edib ki, atılan hər addımda vətəndaşın marağı təmin edilməli, proses vətəndaşın xeyrinə olmalıdır:

“Bu gün, xüsusilə bölgələrdə, kəndlərdə yaşayan vətəndaşlar 70-80-ci illərin istehsalı olan nəqliyyat vasitələrindən istifadə edirlər. Hansı ki, bu avtomobillər kənd təsərrüfatı işlərində istifadə olunur, vətəndaşın işinə yarayır. Köhnə olsa da, kəndlinin əlindən tutur. Fikrimcə, ilkin mərhələdə bu avtomobillərin utilizasiyası başlayacaq. Düzdür, bu avtomobillər ekoloji cəhətdən zərərli olduğu üçün dövriyyədən tamamilə çıxarılmalıdır, amma bunun üçün vətəndaşa sərfəli təklif verilməlidir. Ən azından, hazırda istifadə etdiyi nəqliyyat vasitələrinin səviyyəsinə nisbətən uyğun nəqliyyat vasitəsi verib, əlindəkini almaq olar. Yaxud yeni bir nəqliyyat vasitəsi ala bilmək üçün ona müəyyən qədər vəsait verilməlidir. Utilizasiya üçün nəzərdə tutulan 2 500 manat vətəndaşa sərf etmir. Çünki o, həmin qiymətə avtomobil ala bilməz. Ona görə də bu problemin həlli ilə bağlı proqram qəbul edilməlidir, təkliflərdə nəzərə alınmalıdır”.

“Müvafiq icra mexanizmi hazırlanacaq”

O bildirib ki, proqramda nəqliyyat vasitəsinin işləkliyi, yaxud tam yararsızlığı nəzərə alınıb, ona uyğun vəsait ödənilməlidir:

“Köhnə avtomobillər sıradan çıxdıqda, müəyyən güzəştli qiymətlər əsasında ölkədə istehsal edilən avtomobillərin satışı təşkil oluna və vətəndaşa təklif edilə bilər. Bu, köhnə avtomobil sahiblərinin nəqliyyat vasitələrindən imtina etməsini stimullaşdıracaq. Bütün tərəflərin maraqlarını təmin edəcək bir strategiya hazırlanmalıdır. Düşünürəm ki, köhnə avtomobillərin dövriyyədən çıxarılması prosesinə yanaşmanın formalaşdırılması üçün müvafiq icra mexanizmi hazırlanacaq. İnsanların nəqliyyat vasitəsini əlindən alıb iflic etmək düzgün yanaşma olmaz”.

“Ölkədəki avtomobillərin 70 faizi köhnədir”

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd edib ki, istehsalçı tərəfindən verilən zəmanət müddəti bitən avtomobillər köhnə avtomobil sayılır:

“Onların ölkə daxilinə idxalı artıq məhdudlaşdırılıb. Ötən ilin mart ayında Nazirlər Kabinetinin qərarı ilə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəmizə idxalı qadağandır. Ölkə daxilində isə köhnə avtomobillərin istismarının dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı hazırda ümumiyyətlə məlumat yoxdur və düşünmürəm ki, bu, qısa müddətdə həyata keçirilsin. Çünki ölkədəki avtomobillərin 70 faizi köhnədir. Məhdudlaşdırılma isə hazırda ölkəyə daxil olan avtomobillərlə aiddir. Hazırda proses əsasən taksi kimi fəaliyyət göstərən minik avtomobilləri ilə bağlıdır. Çünki taksidə istismar olunacaq nəqliyyat vasitələrinin yaşı səkkiz ildən çox olmamalıdır və onlar yeni mövsümdə artıq “Avro 5″ ekoloji standartına cavab verməlidirlər”.

“Avro 5”-ə keçid reallaşa bilər

Mütəxəssis qeyd edib ki, artıq qonşu Gürcüstanda “Avro 5” standartına cavab verməyən avtomobil idxal olunmur və orada satılmır:

“Ölkəmizdə hazırda ekoloji standart olaraq “Avro 4” qəbul olunub. Ola bilər ki, gələn ildən “Avro 5″-ə keçid olsun”.

“Gözümüzün önünə köhnə sovet avtomobilləri gəlir”

Məhdudlaşdırılma ilə bağlı təkliflər məsələsinə gəldikdə isə, nəqliyyat eksperti vurğulayıb ki, bu prosesdən danışanda gözümüzün önünə ilk növbədə köhnə sovet avtomobilləri gəlir:

“Məhdudiyyətlər bugünkü müasir təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərə şamil oluna bilər. Məsələn, bilirik ki, köhnə sovet avtomobillərində təhlükəsizlik baxımından ABS sistemi mövcud deyil. Bu, nəqliyyat vasitəsi üçün çox vacib məsələdir, çünki ABS tormozlanma zamanı dəstəkçi rolunu oynayan sistemdir. Bundan əlavə, bu nəqliyyat vasitələri bugünkü müasir ekoloji standartlara cavab vermir”.

Məlumat üçün bildirək ki, bu layihə iyunun 1-dək Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Laçında 32 ildən sonra ikinci toy… – FOTOLAR

Next

5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? – Bu yolla…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv