Region Xəbərləri Təhsil 

Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4saylı tam orta məktəb də 28 may Müstəqillik günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tofiqə xanım Məmmədova açaraq Azərbaycanın müstəqilliyi haqqında məlumat vermişdir. Sonra məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Baxşeyiş Məmmədli çıxış etmişdir.
Tədbir iştirakçılarına 28 may adlı video çarx nümayiş etdirilib. Tədbir şagirdlərin hazırladıqları mahnılar və kompozisiya ilə davam etdirilib.

Daha çox xəbərlər