Hava 

Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında mayın 28, 29, 30-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Daha çox xəbərlər