ATU-nun Tədris Terapevtik Klinikasına yeni direktor təyin olundu
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına direktor təyinatı olub.
ARANTV.AZ xəbər verir ki, xəstəxananın direktoru vəzifəsinə ali təhsil müəssisəsinin I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.
Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.