Moskvada balta ilə silahlanmış kişi bank kreditinin bağlanmasını tələb edib

Axe with blood in male hand. murderer or butcher, halloween theme

Moskvada balta ilə silahlanaraq banka girən və kreditini bağlamağı tələb edən sərxoş şəxs saxlanılıb.

Bu barədə RİA “Novosti” Rosqvardiyanın Mərkəzi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, söhbət Böyük Tula küçəsində yerləşən şöbədən gedir.

“Operativ şəkildə hadisə yerinə gələn rosqvardiyaçılar paytaxtın 41 yaşlı sakinini saxlayıblar”,-deyə mənbə bildirib.

Kişinin zərərsizləşdirilərək polisə təhvil verildiyi bildirilir.