Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
Bu gün Şuşada Beynəlxalq Qastronomiya Günü başlayıb.
Tədbir Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq Qastronomiya Günündə Azərbaycanla yanaşı, İslam ölkələri arasında əsas turizm bazarları hesab olunan Türkiyə, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı və İrandan olan kulinariya nümayəndələri iştirak edirlər.
Tədbirin ikinci hissəsində açıq hava şəraitində qurulan çadır stendlərində Azərbaycan, İran, Türkiyə və Özbəkistanın “İftar və onunla bağlı sosial-mədəni ənənələr” adlı UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş çoxmillətli nominasiyasına uyğun olaraq ortaq iftar süfrəsini əks etdirən yeməklərin dequstasiyası keçiriləcək.
Bundan əlavə, tədbir çərçivəsində Qarabağ və Şərqi Zəngəzur regionlarının qastronomiya və maddi-mədəni irs nümunələrindən ibarət milli turizm brendi linzalarının sərgisi təşkil olunacaq.
Həmçinin, UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş əlyazmalar, xəttatlıq mətnləri, dini mətnlər və miniatürlərdə tətbiq olunan çoxəsrlik dekorativ sənət olan “Təzhib sənəti”nin irs nümunələri ziyarətçilərə təqdim olunacaq.
“Report”