Hava 

Bəzi ərazilərdə yağış yağıb, güclü külək əsib – FAKTİKİ HAVA

Sentyabrın 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, səhər saatlarında Sarıbaş (Qax), Zaqatala, Balakəndə qısamüddətli yağış yağıb.

Şimal-qərb küləyi arabir Goranboyda 23 m/s, Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında, Culfada 21 m/s Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Tərtər, Bərdə, Şamaxıda 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

Daha çox xəbərlər