Həyat yoldaşı ilə eyni məktəbdə çalışan Günay müəllimə: “Peşəmiz taleyimizi birləşdirib”VİDEO
Göygöl rayonu, Toğanalı kənd orta məktəbinin müəllimi Günay Novruzzadə yeddi ildir şagirdlərinə dərs demək üçün hər gün 64 kilometr məsafəni qət edir.
Gənc müəllim yolun uzaq olmasının onun peşəsinə olan sevgisinə əngəl yaratmadığını söyləyib:
“Bəzən qış zamanı çətinliklər yaranır, amma yolun uzaqlığı mənim peşəmə olan sevgimə əngəl deyil. Həm də şagirdlərin məktəb qarşısında hər gün məni sevinclə gözləməsi ora getməyimin ən əsas səbəblərindən biridir. Şagirdlərin üzündəki, gözündəki o sevinci gördüyüm andan etibarən həm yorğunluğum azalır, həm də çəkdiyim əziyyəti tamamilə unuduram”.
Günay Novruzzadə həmin məktəbdə həyat yoldaşı ilə birlikdə çalışdığını qeyd edib:
“Müəllimlik fəaliyyəti bizim taleyimizi də birləşdirib. Biz həm həyat yoldaşı, həm də iş yoldaşı olaraq orada fəaliyyətimizi davam etdiririk”.
O, ucqar kənd məktəblərində çalışmaq istəməyən müəllimlərə də səslənib:
“Hazırda ucqar kənd məktəblərinə seçim edən müəllimlərin sayı azdır. Mən həmin müəllimlərə demək istəyərdim ki, məktəbin ucqar yerləşməsi sizin müəllimlik fəaliyyətinizə heç bir əngəl törətməsin. Əgər peşənizi sevirsinizsə, inanın ki, bunun öhdəsindən gələcəksiniz”.
Daha ətraflı Baku TV-nin materialında: