Cəmiyyət 

Dövlət Komissiyası: Bu ilin 8 ayında 5 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

2024-cü ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 092 kiloqram 868,748 qram narkotik vasitələrin və psixotrop maddələrin 471 kiloqram 204,959 qramını heroin, 4 ton 178 kiloqram 838,75 qramını marixuana, 127 kiloqram 993,641 qramını tiryək, 30 kiloqram 959,401 qramını həşiş, 164 kiloqram 202,097 qramını psixotrop maddələr, 119 kiloqram 669,9 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 14 min 768 ədəd metadon, 12 min 621 ədəd çətənə kolu, 44 qram və 240 ədəd güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

 

 

 

 

Daha çox xəbərlər