Şou biznes 

Azərbaycanlı aparıcı getdiyi restorandan şikayətləndi: “Mənə Allahın çörəyini də vermədilər”

Aparıcı Çinarə Əliyeva restoranlardan birində xoşagəlməz halla qarşılaşıb.

O, nahar etmək üçün Ağ şəhərdə yerləşən restoranlardan birinə gedib.

Yemək üçün pomidor-yumurta sifariş edib. Lakin restoran işçiləri onun sifarişini qəbul etməyib.

Restoranda 1 saat gözləyən Çinarə “Mənə Allahın çörəyini də vermədilər” deyərək personala və restoran rəhbərliyinə etiraz edib.

Aparıcı bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb./BAKU.WS

Daha çox xəbərlər