Ötən ay DSMF-də 45 minə yaxın vətəndaşın müraciətləri cavablandırılıb
2024-cü ilin avqust ayında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 44 min 950 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Bu barədə AZƏRTAC-a Fondun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, həmin vətəndaşların 213 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 2 min 863 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 3 min 841 nəfəri mərkəzi, 38 min 33 nəfəri isə regional filiallarda qəbul edilib.