Cəmiyyət 

Uşağa həddindən çox diqqət və qayğı hansı problemlərə səbəb olur? – MÜTƏXƏSSİSDƏN AÇIQLAMA

Hər bir cəmiyyətdə başlıca vəzifə uşaq və yeniyetmələrin düzgün tərbiyəsidir. Bəzi ailələrdə uşaqlara qarşı həddindən artıq tələbkarlıq göstərirlər. Cəzanın ədalətli olmasına fikir vermirlər. Verilən cəza müstəsna dərəcədə sərt xarakter daşıyır. Uşağı qorxudurlar. Onda inamsızlıq hissi yaradırlar. Bəzən isə valideyinlər övladlarını tərbiyə etdiyini düşünüb onlara hədsiz diqqət və yersiz qayğı göstərirlər. Nəticədə isə sosiallaşmağı bacarmayan, çətin hadisələr qarşısında çıxılmaz vəziyyətdə qalan insan yetişir.

Bəs uşaq və valideyin münasibəti necə tənzimlənməlidir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, hədindən artıq uşağa göstərilən diqqət onda travmalara səbəb olur. Uşaq özgüvənsizlik, natamamlıq kompleksi, özünün sosial mühitdə tanıtmamaq, isbat etməmək, ərtafın ona münasibətini düzgün analiz etməmək kimi narsist meyilli xarakterlə formalaşır.

Uşağa həddindən çox diqqət və qayğı hansı problemlərə səbəb olur? - MÜTƏXƏSSİSDƏN AÇIQLAMA“Unutmayaq ki, uşaq sərbəst şəkildə bilməlidir ki, etdiyi hər bir hərəkətin nəticəsi nə ilə qurtara bilər. Bu gün valideyinlər uşaqlara emosiyaların ifadəsini öyrətməyiblər. Təəssüf ki, onlar ağlamaq, kədər, gülmək kimi ifadələri necə çatdıracaqları haqqında məlumatlı deyillər. Valideyinlər onları o qədər qoruyurlar ki, uşaqlar həyatın əsl üzünü görə bilmirlər. Çətinliklə üz-üzə gəldikdə isə çıxılmaz vəziyyətdə qalır, psixoloji sarsıntı keçirrilər.
Əgər biz özünü tanımayan, natamamlıq hissindən əziyyət çəkən insanlar yetişdirsək normal və inkişaf edəcək cəmiyyət qura bilməyəcəyik. Valideyinlər bunu anlamalıdırlar ki, övladlarını hər zaman qoruya bilməzlər”.

Daha çox xəbərlər