Türkiyədə zəlzələ baş verdi
Egey dənizinin Türkiyə hissəsində zəlzələ baş verib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, yerli vaxtla saat 08:46 (Bakı vaxtı ilə 10:46) baş verən zəlzələnin gücü 4,9 bal təşkil edib.
Zəlzələ ocağının yerin 29 kilometr dərinliyində yerləşdiyi bildirilir. Zəlzələnin Türkiyənin Muğla vilayətində yüngül hiss olunduğu bildirilir.

