Cəmiyyət 

“Ünvanlı sosial yardım uşaq pulunu tam əvəz edə bilmir” – Sosioloq

Azərbaycanda doğulan uşaqlara 500 AZN müavinət verilir. Valideynlər bu məbləğin xəstəxana və qida xərclərini qarşılamadığını deyir.

Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, ünvanlı sosial yardım uşaq pulunu tam əvəz edə bilmir. Çünki 160 min uşaq ünvanlı sosial yardımın təsir dairəsinə düşür:

“Azərbaycanda uşaqlarn sayı əvvəlki illərə nisbətən azalır və bu, bütövlükdə qlobal miqyasda təbii artımda enmə dinamikası ilə müşahidə olunur. Ümumilikdə Azərbaycanda 2milyon 600 min-dən çox uşaq var. Bunların təqribi 600 mini sosial müavinət dəstək proqramları ilə əhatə olunur.160 min uşağa sosial yardım düşür. Xalq arasında uşaq pulu deyilən müavinət 2006-cı ildə Azərbaycanda ünvanlı sosial yardım tətbiq olunandan sonra ləğv olunub. Həmin müavinətlərin miqdarı az olsa da, hər bir uşaqlı ailəyə verilirdi. 2006-cı ildən sonra bunu ünvanlı sosial yardım əvəz edib. Qeyd etməliyəm ki, ünvanlı sosial yardım uşaq pulunu tam əvəz edə bilmir. Çünki 160 min uşaq ünvanlı sosial yardımın təsir dairəsinə düşür. Eyni zamanda uşaqlara verilən sosial müavinətlərdən biri də usağın doğuşu zamanı verilən müavinətdir. O, 500 azn nəzərdə tutulub.Əlbəttə, cəmiyyətdə münasibət səslənir ki, bu məbləğ tələbatları ödəmir. Ümumiyyətlə belə müavinətlər müəyyənləşərkən yaşayış minimumu nəzərə alınır. Ona görə də bu məbləğlər bazardakı inflyasiyadan asılı olaraq indeksləşmə zərurəti yaradır. Bir çox valideynlər uşaqlarını ana südü ilə qidalandırmır. Bu, çox kobud səhvdir. Bu, uşaqlarda həm qida problemi yaradır . Sanki bu, dəb halını alıb. Bu valideynlər müavinətin qaldırılmasını istəyirlər. Süni uşaq qidalarının da qiyməti bahadır. Uşaq pulu deyilən müavinət bərpa olunsa, yaxşı olar. Çünki olkəmizdə təbii artımda enmə müşahidə olunur. Bu, həm də demoqrafik artımı təşfiq etmək baxımından faydalı olar və uşaqların ehtiyaclarını qarşılayar. Şübhəsiz ki, məbləğ bazara uyğun olmalıdır”.

Daha çox xəbərlər