Puqaçova və Qalkin İsraili tərk etdi
Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkin İsraili tərk edib.
Bu barədə “SHOT” məlumat yayıb.
Nəşrin məlumatına görə, Qalkin İsraillə Livan arasındakı müharibə fonunda Puqaçova ilə birlikdə onun qızı Rusiyanın Əməkdar artisti Kristina Orbakayteni ziyarət etmək üçün ABŞ-yə gedəcək. Qalkin İsraildəki bütün tamaşalarını qastrol planından çıxarıb. O, bu həftə ərzində həyat yoldaşı ilə birlikdə Avropaya, oradan da ABŞ-yə uçacaq.
Nəşr əlavə edib ki, Anatoli Beli və Mixail Şats (Rusiyada “xarici agent” kimi tanınırlar) kimi sənətçilər də İsraili tərk edirlər.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. İsrail Müdafiə ordusu İrandan ölkə ərazisinə təqribən 180 raket atıldığını bəyan edib.//Axşam.az