Hadisə 

Bakıda piyadalar üçün ağır gecə: iki ayrı qəzada iki nəfər xəsarət aldı

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi olub.

ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, qəzalardan biri Xəzər rayonunda baş verib.

Buzovna istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili 1971-ci il təvəllüdlü Qarayev Aydın Əlövsət oğlunu vurub.

Hadisəni törədən sürücü ərazidən qaçıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona sol bazunun sınığı diaqnozu qoyulub.

Hazırda Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışlarını davam etdirirlər.

Digər hadisə isə Abşeron rayonunda olub.

Mehdiabad qəsəbəsində minik avtomobili 1978-ci il təvəllüdlü Qəribov Malik Nəsib oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər