Bakıda 25 yaşlı oğlan bıçaqlandı
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, Yeni Ramana qəsəbəsində naməlum şəxs 1994-cü il təvəllüdlü Dilanlı Bəhram Rasim oğlunun boğazını kəsərək ağır xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona boğazın kəsilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

