Cəmiyyət 

Vilayət Eyvazovdan yeni rəis təyinatı

Daxili işlər orqanlarında növbəti təyinat olub.

ARANTV.AZ  unikal.org-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Ayxan Bağırov Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi təyin edilib.

Sözügedən təyinatı Yasamal RPİ-nin 29-cu PŞ-dən unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, bir ay öncə Yasamal RPİ-nin 29-cu PŞ-nin keçmiş rəisi, polis polkovnik-leytenantı Rahid Nağıyev işdən azad edilərək yeni yaradılan Xəzər RPİ-nin Binə Polis Bölməsinin rəisi təyin olunub.

Daha çox xəbərlər