İranda ağır qəza: 4 nəfər diri-diri yandı
İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan rayonunun Sib və Suran rayonunda qanunsuz yanacaq daşıyan pikap avtomobili başqa bir pikap avtomobili ilə toqquşub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəluçestan vilayətinin Sib və Suran rayonunun hüquq-mühafizə orqanın polis rəisi Qulamrza Təvəkküli deyib.
Q.Təvəkkülinin sözlərinə görə, hadisə nəticəsində hər iki avtomobil yanıb.
Polis rəisi hadisədə 4 nəfərin yanaraq həlak olduğunu deyib.

