Cəmiyyət 

İxtisar edilən işçiyə kompensasiya ödənişi nə qədərdi?

İşçinin ixtisar edilməsi həm işəgötürənlər, həm də işçilər arasında müəyyən sualların və hüquqi mübahisələrin yaranmasına səbəb olur. Burada maraq doğuran məsələlərdən biri də ixtisar edilən işçiyə kompensasiya ödənişidir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları əksini tapıb. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
1) tərəflərdən birinin təşəbbüsü;
2) əmək müqaviləsinin müddətinin qurtarması;
3) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
4) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
5) tərəflərin iradəsindən asılı olmayan hallar;
6) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

İxtisar edilən işçiyə kompensasiya ödənişi nə qədərdi?Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

1) müəssisə ləğv edildikdə;
2) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
3) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
4) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
5) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
6) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

İxtisar edilən işçiyə kompensasiya ödənişi nə qədərdi?Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovda fikirlərini BiG.AZ-a bildirərək qeyd etdi ki, əmək müqaviləsinə xitam verməyin çoxsayılı əsasları var. Xitam işə götürənin ya da işçinin təşəbbüsü ilə mümkündür:

İxtisar edilən işçiyə kompensasiya ödənişi nə qədərdi?“Son bir neçə ildə edilən dəyişikliyə görə işçilərin əmək müqaviləsinə xitam verilərək kompensasiya ödənilməsi onların iş stajından aslıdır. Əgər işçinin 1 ilədək əmək ştajı varsa ona orta aylıq əməkhaqqı miqdarında kompensasiya verilir. 1 ildən 5 ilədək əmək stajı olanlara orta aylıq əməkhaqqının 1.4 misli, 5 ildən 10 ilə qədərdirsə ona 1.7 misli, 10 ildən yuxarıdırsa işçiyə ən az orta aylıq əmək haqqının 2 misli kompensasiya verilməlidir. İstər özəl, istərsə də dövlət təşkilatları üçün bu qanun keçərlidir.

Bəzi “çox bilən” iş sahibləri var ki, işçilərinə qeyd edilən kompensasiyaları ödəməsinlər deyə onlarla müddətli müqavilə imzalayırlar. Bu halda işçiyə heç bir kompensasiya ödənilmir”.

Daha çox xəbərlər