Dənizə düşdüyü deyilən Mübariz intihar edibmiş
Ötən axşam Bakı Bulvarında dənizə düşdüyü deyilən şəxs intihar edibmiş.
ARANTV.AZ xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 40 yaşlı Cəlilabad rayon sakini Mübariz Yağnəliyev Bulvar ərazisində özünü dənizə atıb.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

