Siyəzəndə 3 övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı – FOTO
Siyəzən rayon sakini, üç övladı ilə birgə iki ay əvvəl itkin düşən 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı tapılıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bununla bağlı Siyəzən Rayon Polis Şöbəsindən məlumat veriblər. Qeyd olunub ki, qadın ötən ayın 30-u Bakıda tapılıb.
Xatırladaq ki, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

