Cəmiyyət 

İngiltərəli səyyah: Qarabağın bərpasında nail olunmuş irəliləyişə heyranam

Qarabağda aparılan tikinti işlərində ciddi nəticələr nisbətən qısa müddətdə əldə edilib.

“Report”un Şuşa şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə İngiltərədən olan səyyah Riçard Ellis deyib.

O, 50 ildən çox mədən sənayesində çalışdığını və Azərbaycanın tikinti sahəsində nail olduğu irəliləyişləri qiymətləndirməyi bacardığını qeyd edib.

“İngiltərədə tikintiyə icazənin alınması 5 ildən çox vaxt aparacaqdı, lakin bu müddət ərzində burada əldə olunmuş ciddi nəticə artıq özünü göstərir”, – səyyah bildirib.

R.Ellis əlavə edib ki, bərpa işlərinin necə irəlilədiyini görmək üçün bir neçə ildən sonra məmnuniyyətlə Qarabağa qayıdardı.

“Burada səyahət etmək çox xoşumuza gəlir və mən həyat yoldaşımla bura mütləq yenidən gələrdim”, – o əlavə edib.

Daha çox xəbərlər