Yeni Zelandiyada 23 turisti aparan avtobus aşdı: ölənlər var
Yeni Zelandiyada turistləri aparan avtobus qəzaya uğrayıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində 6 əcnəbi turist yerindəcə dünyasını dəyişib. Avtobusda, ümumlikdə, 23 Çin vətəndaşının olduğu qeyd edilir.
17 yaralı turist xəstəxanaya yerləşdirilib.
Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Polis faktı araşdırmağa başlayıb.

