Azərbaycan xalqının birliyi və siyasi həmrəyliyi
,Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Müzəffər Ali Baş Komandan İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev dövlətimizin basçısı kimi fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri tərəddüdsüz yerinə yetirmiş, ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, silahlı qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər həyata keçirmişdir. Cənab İlham Əliyev prezidentlik dövrünü torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəltmiş, ordumuzu qələbəyə hazırlamış, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırmışdır. Möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır, torpaqlarımız işğaldan azad olunur, Azərbaycan mövcud status – kvonu özünə sərf edən şəkildə dəyişir və itirilmiş ərazilər qaytarılır.
Bəli, 10 noyabr tarixi Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu, düşməni kapitulyasiya aktına imza atmağa məcbur edib qabağımızda diz çökdürdü. Artıq ,,Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğradı. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir ki, danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və ,,Böyük Ermənistan ” planı fiaskoya uğradı. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Regionda yeni siyasi reallıq yarandı.
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu və bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır. Biz artıq qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq. Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu canı – qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və birgünlük lokal antiterror tədbirlərinin uğurlu nəticələri 30 ildən artıq Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük qayıdışa açdı. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastruktrunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq.
Bəli, bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması və suverənliyimizin bərpası tarixi hadisədir və hədsiz qürur hissi doğurur. Bu gün dövlətimizin başçısı bölgəmizdə düşmənçiliyə son qoyulması, qarşılıqlı etimada əsaslanan davamlı sülhə, dincliyə, əmin – amanlığa nail olunması uğrunda təşəbbüslərlə irəli gedir, çalışır, mübarizə aparır.
Ulu öndərimiz Heydər Əlyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirən Prezident İlham Əliyev Ümummilli Liderimizin Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirir, doğma Azərbaycanımızı qalib ölkəyə çevirmişdir.
İndi artıq əminliklə demək olar ki, münaqişəyə dəmir yumruqla son qoyan, iki əsrlik problemi həll edən qalib xalqın Prezidenti, Müzəffər Ordusunun Ali Baş Komandanı ,dünya azərbaycanlılarının lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfiqlər açılmışdır.
Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident möhtərəm Cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.
Məmmədov Elşad – Bərdə rayon F.Sadıqov adına Qaradəmirçi kənd tam orta məktəbin direktoru