Cəmiyyət 

Bakıda keçirilən COP29 tədbirinin vaxtı uzadıldı – TƏCİLİ

Bakıda keçirilən COP-29 tədbirinin müddəti uzadılıb.

İlkin plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfrans, ayın 23-də də davam edəcək.

Bu qərar tədbirin gündəliyindəki mühüm məsələlərin tam həll olunması və iştirakçı dövlətlərin fikir mübadiləsinin effektiv şəkildə davam etməsi üçün qəbul edilib.

Xatırladaq ki, COP-29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirə edildiyi mühüm beynəlxalq platformadır və tədbirdə dünya ölkələrinin nümayəndələri iştirak edir./ajansaz

Daha çox xəbərlər