“Arıçılar üçün 2025-2026-cı il mövsümünün çox ağır keçəcəyi gözlənilir”-Elvin Bayramlı
Son vaxtlar arılar arasında müxtəlif yoluxucu xəstəliklər yayılıb. Fermerlər bildiriblər ki, bu il arı xəstəliklərinin daha geniş yayılmasının səbəbi arı ailələri arasında yaranan xəstəliklərdir. Bu xəstəliklərin bəzilərinə heç bir dərman təsir göstərmir. Nəticədə isə neçə-neçə arı ailəsi məhv olur.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən arıçı-mütəxəssis Elvin Bayramlı bildirib ki, ümumi nəzər yetirdikdə son iki-üç ildə arıçılıqda nisbətən zəifləmə mövcuddur. Bundan əvvəlki illərdə isə arıçılığın sürətlə inkişaf etdiyini qeyd edə bilərik. Lakin onu xüsusi vurğulayaq ki, bu kəmiyyət olaraq inkişaf idi:
“Bunun da səbəbi hər arı ailəsinə verilən 10 manatlıq supsudia idi. Bu supsudia müəyyən bir təkəna səbəb oldu və arıçılıqla məşğul olan insanların sayı artmağa başladı. Arı ailələri genişləndi. Supsudia kəsildikdən və yayılan bir çox xəstəliklərdən sonra arı ailələri tələf olmağa başladı. Məşğulluğun verdiyi arılar, yeni arı ailələri məhv oldu.
Təəssüf ki, son dövrlərdə arı ailələrində yayılan bəzi xəstəliklər bütün dərmanlara qarşı dözümlülük qazandı. “Eşşək” arılarının müxtəlif növlərinin arı ailələrini məhv etməsi, fərqli gənə növlərinin sürətlə yayılması arıçılığın inkişafında böyük problem yaradıb. Arıçılar üçün 2025-2026-cı il mövsümünün çox ağır keçəcəyi gözlənilir”.

