Hadisə 

Sumqayıtda taksi qəzaya düşüb, 2 nəfər yaralanıb

Sumqayıt şəhərində 2 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  Oxu.Az- istinadən bildirir ki, şəhər ərazisində taksi fəaliyyəti göstərən “Opel” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb.

Nəticədə 1975-ci il təvəllüdlü Həsənov Rafiq Saleh oğlu və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Həsənova Ruhiyyə Yaşar qızı xəsarət alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər