“Gender bərabərliyini qoruyaq və təşviq edək!” gənclər üçün Forum Teatr layihəsinin Lənkəranda keçirilmişdir Foto
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gender bərabərliyini qoruyaq və təşviq edək!” gənclər üçün Forum Teatr layihəsinin icrasına başlanılmışdır.
Layihənin əsas məqsədi Azərbaycan cəmiyyətində mühüm yeri tutan gənclərə gender bərabərliyini təşviq etmək və gender bərabərsizliyi məişət zorakılığının bir qolu kimi maarifləndirici seminarlar keçmək və gender problemlərini Forum Teatr vasitəsilə cəmiyyətə çatdırmaqdır. Problemin həlli üçün gənclər gender bərabərliyi ilə bağlı seminarlar vasitəsilə və Forum Teatr vasitəsilə maarifləndiriləcəklər.
Dünya təcrübəsinin effektivliyini nəzərə alaraq, düşünürük ki, Forum Teatr tamaşaları Azərbaycanın müxtəlif regionlarında qız uşaqlarına qarşı ayrı-seçkiliyin, zorakılığın müxtəlif növlərinin, təhsildən yayınma və erkən nikahın qarşısının alınması və s. bu kimi sosial problemlərə toxunan mövzularda əhalidə olan müxtəlif stereotiplərin, ictimai fikrin dəyişməsinə və ya formalaşmasına ehtiyac vardır.
Layihənin ilk seminarı Lənkəran rayonunda yerləşən Lənkəran Gənclər Evində keçirilmişdir. Seminarlarda 45 nəfər gənc iştirak edirdi. Layihəni Gənclər və İdman Nazirliyinin İctimai işlər sektorunun müdiri Elşən Qəhrəmanov açaraq, layihənin indiki dövrdə çox vacibli və önəmli olmasından, gender bərabərliyinin cəmiyyətin bütün sahələrində qorunmasından danışdı. Layihə rəhbəri Tünzalə Cavadova və təlimçi Lalə Rəhmətullayeva qızların erkən nigaha cəlb olunması və onların təhsilinin yarımçıq qalmasının gənclərin həyatında müxtəlif çətinlikləri yarada biləcəyindən və bu halların qarşısını almaq yollarından danışdılar.
Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradacaq və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcəkdir.
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir.

Str.Jafar Khandan 26, apt.27, Baku, AZ 1130
Tel: +99450 354 71 67;
Email: office.woc@gmail.com

