Gündəm 

Ermənistanın Rusiyaya yolu bağlandı

Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsi bütün növ avtomobillərin hərəkəti üçün bağlıdır.

Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan Sputnik Ermənistan-a bildirib.

Daha əvvəl Yuxarı Larsdan yük maşınlarının keçməsi qadağan edilmişdi.

“Hava şəraitinin pisləşməsi ilə əlaqədar avtomobillərin və sərnişinlərin gediş-gəlişi məhdudlaşdırılıb”, – Akopyan deyib.

Xatırladaq ki, “Yuxarı Lars” keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan ərazisindən) birləşdirən yeganə quru marşrutdur.

Daha çox xəbərlər